Dünya futbolunda ən yüksək maaş alan məşqçisinin adı bəlli olub.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, Xosep Qvardiola bu siyahıda hamını qabaqlayır.
"Mançester Siti"nin çalışdırıcısı illik 20 milyon avro maaş alır. İkinci yerdə isə "Arsenal"ın baş məşqçisi Mikel Artetadır.
Onun maaşı yeni müqaviləyə əsasən illik 15 milyon funt-sterlinqə yüksəlib. Üçüncü pilləni “Atletiko”nun (Madrid) baş məşqçisi Dieqo Simeonedir. Argentinalı ildə 13 milyon funt-sterlinq qazanır.