Milli komandanın yarımmüdafiəçisi 22 yaşında vəfat etdi

22:23 - 12 Noyabr 2024

Ekvadorlu futbolçu Marko Anqulo faciəvi şəkildə həlak olub.

Sportal.az xəbər verir ki, 22 yaşlı dayaq yarımmüdafiəçisi ağır qəza keçirib.

Hadisə oktyabrın 7-də baş verib. Bir aydan çoxdur xəstəxanada olan futbolçu həkimlərin səyinə baxmayaraq, dünən dünyasını dəyişib.

Qeyd edək ki, Marko Anqulo müqavilə ilə ABŞ-nin "Çinçinnati" klubuna məxsus olub. O, icarə əsasında ölkəsində "Quito"da çıxış edirdi. Futbolçu Ekvador milli komandasının da üzvü olub.

Xəbər xətti