Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasında 1000 qol vurmaq ehtimalından danışıb.
Sportal.az xəbər verir ki, “A Bola”ya danışan 39 yaşlı forvard bunu çox istədiyini bildirib:
"Düzünü desəm, indi mən bu anı yaşayıram və düşünürəm ki, ən vacibi də budur. Artıq uzunmüddətli perspektiv haqqında düşünə bilmirəm. İndi anı yaşamaq, vaxtdan həzz almaq istəyirəm. Mən hələ də futbolla məşğulam və əlimdən gələni edəcəyəm. Əvvəllər açıq şəkildə 1000 qol hədəfinə çatmaq istədiyimi bildirirdim. Amma mənim prinsipim belədir: anı yaşa və gör gələcək illərdə ayaqların nələrə cavab verəcək. 1000 qol həddinə çatsam, yaxşıdır, çatmasam da, təəssüflənmərəm. Çünki heç kəs mənim qədər qol vurmayıb".
Qeyd edək ki, Kriştianonun Ronaldonun aktivində 910 qol var.
saytlarin hazirlanmasi