PSJ və İtaliya millisinin qapıçısı Canluici Donnarumma ölkəsinə qayıda bilər.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Paris təmsilçisi Donnarumma ilə müqavilə müddətini artırmaq niyyətində deyil.
O, qışda PSJ-ni tərk etməyi planlaşdırır. Onun sabiq komandası "Milan"a qayıdacağı ehtimal edilir.
Belə ki, "rossonyerlər" Mayk Menyanı iddialı klublardan birinə sataraq, onu məhz PSJ-nin qolkiperi ilə əvəzləmək istəyir.
25 yaşlı qapıçının PSJ ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi