"Neftçi" məğlub oldu, "Gəncə" qalib gəldi

22:46 - 1 Dekabr 2024

Bu gün Azərbaycan Basketbol Liqasında 4-cü turun növbəti görüşləri baş tutub.

Sportal.az xəbər verir ki, “Sərhədçi” “Neftçi” ilə qarşılaşıb. Evren Alkaynın rəhbərlik etdiyi kollektiv rəqibini məğlub edib. “Gəncə” isə “Şəki”yə qalib gəlib.

“Sərhədçi” – “Neftçi” 84:77 (19:7, 23:16, 29:35, 13:19)
Bu oyunda Milenko Velkoviç və DeOnde Cekson 20 xal toplayıb(“Sərhədçi”)

“Gəncə” – “Şəki” 78:75(14:18, 16:27, 22:11, 26:19)
Bu matçda ən çox xal toplayan(25)“Gəncə”nin basketbolçusu Cordan Forbs olub. 

Turun digər görüşlərində isə bu hesablar qeydə alınıb:

"Abşeron" - "Naxçıvan" 68:72
"Lənkəran" - "Ordu" 55:92
"Sabah" - NTD 110:86
"Quba" - "Sumqayıt" 97:83.

Xəbər xətti