“Çelsi” “Leççe”nin gənc müdafiəçisi Patrik Dorqunu transfer etmək istəyir.
Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, “zadəganlar” mübarizədə favortdir.
20 yaşlı futbolçu uğrunda mübarizədə "Kristal Pelas", "Tottenhem", "Napoli" və "Yuventus" da yer alıb. Dorqunun özünün də “Çelsi”yə keçmək istədiyi bildirilir.
Gənc futbolçunu transfer etmək istəyən klub təxminən 50 milyon funt-sterlinq ödəməli olacaq. Danimarkalı vingerin “Leççe” ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, 2022-ci ildə “Norşelland”dan “Leççe”yə keçmişdi.