"Berdiyevə inanırdım, bilirdim ki, zəif çempionata gedən deyil"

15:22 - 23 Dekabr 2024

"Turan Tovuz"un müdafiəçisi Araş Qaderi Sportal.az saytına açıqlama verib.

O, komandasının Misli Premyer Liqasının 18-ci turunun "Neftçi" ilə görüşdəki 1:1 hesablı nəticəsini şərh edib:

"Neftçi" ilə matç bir qədər fiziki gücə dayanıqlı görüş oldu. İlk hissədə iki komandada çalışırdı. İlk hissədə oyunumuz bir o qədər də alınmadı. Amma fasilədən sonra biz daha çox istəyimizi ortaya qoyduq. Qol epizodlarımız var idi, amma vura bilmədik. Oyuna adaptasiyaya olduqca oyunumuzu yaxşılaşdırırıq. İkinci hissədə şanslarımız oldu. Amma alınmadı. Ola bilər ki, "Neftçi" turnir cədvəlində layiq olduğu yerdə deyil. Onu deyim ki, "Neftçi" həqiqətən güclü komandadır. İkinci hissədə 2-3 qol vura bilərdik. İstəməzdik ki, iki xal itirək. Təəssüflər olsun belə oldu". 

İranlı futbolçu Azərbaycan Premyer Liqasının səviyyəsi ilə bağlı da danışıb:

"Azərbaycana gələnə qədər əslində Premyer Liqa barədə o qədər də məlumatım yox idi. Amma Kurban Berdiyevi buna qədər tanıyırdım. Onunla birlikdə işləmişdim. Mən Kurban Berdiyevə inanırdım. Bilirdim ki, o, pis komandaya və zəif çempionata gedən deyil. Azərbaycan Premyer Liqası zəif liqa deyil. Yaxşı çempionatdır. Yaxşı oyunçular transfer edilir. Bundan da güclü transferlər olsa, təbii ki, Premyer Liqanın səviyyəsi daha da yüksələcək".

Mirbağırağa
 

Xəbər xətti