Azərbaycan millisi Paraqvayla qarşılaşacaq

10:18 - 14 Mart 2025

Kişi həndbolçulardan ibarət Azərbaycan yığması Varnada (Bolqarıstan) inkişaf etməkdə olan ölkələr arasında keçirilən çempionatda 5-7-ci yerlər uğrunda görüşlərdə ilk rəqibinin kimliyini öyrənib.

Sportal.az xəbər verir ki, millimizin bu mərhələdə ilk rəqibi Paraqvay yığması olacaq.

Bu görüş sabah baş tutacaq.

Azərbaycan yığması bundan əvvəl B qrupunda Moldova (21:33), Nigeriya (17:29) və ABŞ komandaları ilə 25:45 hesabı ilə qarşılaşıb.

Xəbər xətti