"Mançester Yunayted"də hər şey nəticələrdən asılıdır"

12:18 - 14 Mart 2025

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes Avropa Liqasının 1/8 finalında “Real Sosyedad” üzərində qazanılan qələbəni (4:1) şərh edib.

Sportal.az xəbər verir ki, bu görüşdə het-trik edən portuqaliyalı “BBC”yə açıqlamasında komandasının uğurlu çıxışından danışıb:

"Mançester Yunayted” üçün vacib olan qələbə qazanmaqdır. Qarşıda çox uzun yol var, amma biz əminik ki, hər oyuna diqqət yetirsək və düzgün mentalitetə malik olsaq, qalib gələ bilərik. Bu kimi nəticələrlə və oyunla özünü bir az daha inamlı hiss etməyə başlayırsan. Futbolda güvən vacib bir şeydir. Biz çox yaxşı irəliləyiş əldə edirik, lakin irəliləyiş yalnız nəticələr əldə etdikdə görünəcək. Bu klubda hər şey nəticələrdən asılıdır".

Qeyd edək ki, "Mançester Yunayted" 1/4 finalda "Lion"la qarşılaşacaq.

Xəbər xətti