"Fənərbaxça"ya qarşı yaxşı oynadı, "Qalatasaray"ın diqqət mərkəzinə düşdü

14:47 - 14 Mart 2025

"Qalatasaray" heyətini çex futbolçu ilə gücləndirə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Reycenrs"in üzvü Vaçlav Çernini heyətinə qatmağı planlaşdırır.

Çerni Avropa Liqasının pley-off mərhələsində “Fənərbaxça” və “Reyncers” klublarının oyunlarındakı performans ilə “Qalatasaray”ın diqqət mərkəzinə düşə bilib. 27 yaşlı futbolçu 2025-ci il iyunun 30-na qədər Şotlandiya klubunda icarədədir.

O, "Volfsburq"a məxsusdur və müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Türkiyə çempionu çexlə bağlı “Volfsburq”la danışıqlara başlayıb. Çexiya millisinin də üzvü olan Çernı “Ayaks”, “Utrext”, “Tvente” klublarında oynayıb.

Xəbər xətti