"Napoli" 20 yaşlı müdafiəçi transfer edəcək

20:24 - 14 Mart 2025

İtaliyanın "Napoli" klubu yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, Neapol təmsilçisi "Empoli"də çıxış edən Luka Marianuççinin keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. "Napoli" italyan mərkəz müdafiəçisi üçün qarşı tərəfə bonuslarla birlikdə 10 milyon avro təzminat ödəyəcək. Marianuççi yeni klubu ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Luka Marianuççi "Empoli"nin yetirməsidir. 20 yaşlı futbolçu bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti