İngiltərədə ayın ən yaxşı baş məşqçisi bəlli oldu

19:17 - 14 Mart 2025

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Everton"u çalışdıracaq Devid Moyes ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

61 yaşlı şotlandiyalı məşqçi azarkeşlər arasında keçirilən sorğuda Oliver Qlasner (“Kristal Pelas”), Anje Postekoqlu (“Tottenhem”), Marko Silva (“Fulhem”) və Arne Slotu (“Liverpul”) qabaqlayıb.

Qeyd edək ki, Devid Moyesin rəhbərlik etdiyi "Everton" fevral ayında İngiltərə çempionatında keçirdiyi 5 oyunda 2 qələbə qazanıb, 3 dəfə isə heç-heçə edib.

Xəbər xətti