Millətlər Liqası: Millimizin son rəqibi penaltilər seriyasında məlum oldu- NƏTİCƏLƏR

02:35 - 24 Mart 2025

Bu gün UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin cavab matçları baş tutub.

Sportal.az xəbər verir ki, keçirilən matçlar arasında Azərbaycan yığmasının DÇ-2026-dakı sonuncu rəqibi də bəlli olub. Belə ki, Xorvatiya səfərdə Fransa yığması ilə qarşılaşıb. İlk matçda 2:0 hesabı ilə qələbə qazanan xorvatlar  əsas vaxtda 0:2 hesabı ilə məğlub olub. Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyası olub. Burada zərbələri daha dəqiq yerinə yetirən Fransa yığması Ukrayna, İslandiya və Azərbaycan millisinin yarışacağı DÇ-2026-nın D qrupunun sonuncu - 4-cü komandası olub.

UEFA Millətlər Liqası
1/4 final mərhələsi, cavab oyunu

23 mart

23:45 Fransa – Xorvatiya 2:0 (Əlavə vaxt 2:0, penaltilər seriyası 5:4) (İlk oyun 0:2)

Qollar: M.Olise,52, O.Dembele,80

23:45 Almaniya – İtaliya 3:3 (İlk oyun 2:1)

Qollar: C.Kimmix,30, J.Musiala,36, T.Kleyndienst,45, - M.Kean,49, 69, Raspadori,90+5

23:45 Portuqaliya – Danimarka 3:2 (Əlavə vaxt 5:2) (İlk oyun 0:1)

Qollar: J.Andersen,38(ö.q), K.Ronaldo,72, Trinkao,86, 91, G.Ramos,115 - R.Kristensen,56, K.Eriksen,76

23:45 İspaniya – Niderland 2:2 (Əlavə vaxt 3:3, penaltilər seriyası 5:4) (İlk oyun 2:2)

Qollar: M.Oyarzabal,8(pen), 67, L.Yamal,103, - M.Depay,54(pen), İ.Maatsen,79, X.Simons,108,

A Liqasına vəsiqə uğrunda pley-off

21:00. Macarıstan - Türkiyə 0:3 (İlk oyun 1:3)

Qollar: H.Çalhanoğlu,37(pen), A.Gülər,39, A.Bardakçı,90

21:00. Serbiya – Avstriya 2:0 (İlk oyun 1:1)

Qollar: N,Maksimoviç,56, D.Vlahoviç,90

21:00. Şotlandiya – Yunanıstan 0:3 (İlk oyun 1:0)

Qollar: G.Konstantelias,20, K,Karetsas,42, C.Tzolis,46

23:45. Belçika – Ukrayna 3:0 (İlk oyun 1:3)

Qollar: M.De Kuyper,70, R.Lukaku,76,86

B Liqasına vəsiqə uğrunda pley-off

18:00. Gürcüstan – Ermənistan 6:1 (İlk oyun 3:0)

Qollar: V.Haroyan,4(ö.q), G.Mikautadze,14,35, G.Çaketadze,23, O.Kiteisvili,27, K.Kvaratskelia,62, - E,Sevikyan,48

21:00. İslandiya – Kosovo 1:3  (İlk oyun 1:2)

Qolar: O.Oskarsson,2,  - V.Muriç,35, 45+3, 79

21:00. Sloveniya – Slovakiya 0:0 (əlavə vaxt 1:0) (İlk oyun 0:0)

Qol: Q.Çerin,95

23:45. İrlandiya – Bolqarıstan 2:1 (İlk oyun 2:1)

Qollar: E.Ferquson,63, - V.Antov,30

Xəbər xətti