Premyer Liqa hakimləri illik nə qədər qazanır?

17:35 - 26 Mart 2025

İngiltərə Premyer Liqasında oyun idarə edən hakimlərin illik qazancları məlum olub.

Sportal.az xəbər verir ki, referilərin illik gəliri orta hesabla 170-180 min funt-sterlinq arasında dəyişir. Hakimlərin gəliri onların təcrübələri və kateqoriyalarına görə müəyyən edilir.

Ən aşağı əməkhaqqı illik 72 min funt-sterlinqdir. Ölkə daxilində oyun sayına görə verilən qonorar və maaşla birlikdə hakimlərin ən yüksək gəlirli 148 min funt-sterlinq təşkil edir.

UEFA-dan təyinat alan referilərin gəlirləri daha çoxdur. Onlar həm yerli matçlar, həm də beynəlxalq arenada idarə etdikləri oyunlarla birlikdə il ərzində 250 min funt-sterlinq qazana bilir.

Xəbər xətti