"Sabah"ın kapitanı əməliyyat olundu

13:46 - 28 Mart 2025

"Sabah"ın müdafiəçisi Amin Seydiyev əməliyyat olunub.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Milli komandamızın heyətində zədələnmiş "Sabah"ın kapitanı İstanbuldakı klinikalardan birində sağ adduktor əzələsinin qopması ilə bağlı əməliyyat keçirib.

Əməliyyat uğurla başa çatıb.

Xəbər xətti