Ötən mövsümü "Səbail"də keçirmiş və performansı ilə diqqətləri üzərinə çəkmiş Pedro Nuno Azərbaycana qayıda bilər.
Sportal.az saytına verilən məlumaya görə, hazırda Polşada "Korona" klubunun üzvü olan portuqal Premyer Liqamızın bir neçə klubunun maraq dairəsindədir.
O, hətta mövsümün əvvəlində "Araz-Naxçıvan", "Turan Tovuz", "Zirə"nin transfer siyahısında yer alsa da, Polşaya yollanaraq "Korona" ilə 1 illik müqavilə imzalamışdı.
Pedronun özünün də Azərbaycana geri qayıtmaq istədiyi bildirilir.
Nunonun "Korona" ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, "Benfika", "Akademika Koimbra", "Tondela", "Moreyrense", "Belenenseş", "Adanaspor" klublarında oynayıb.