La Liqanın 35-ci turunda "Barselona" ev oyununda "Real"ı 4:3 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "Diario Sport" nəşrinin verdiyi məlumata görə, "Barselona" həmin gün 13,5 milyon avro gəlir əldə edib. Bu, "Kamp Nou" stadionunun yenidənqurulması səbəbilə "Olimpik Lluís Companys" stadionuna köçdükdən sonra klubun oyun günü üzrə əldə etdiyi ən yüksək gəlir olub.
Məlumata görə, "Real"la matçda 50 319 tamaşaçı iştirak edib ki, bu da Çempionlar Liqasında "İnter" (50 314 tamaşaçı) və "Bavariya" (50 312 tamaşaçı) ilə oyunlardakı göstəricidən çoxdur.
saytlarin hazirlanmasi