Azərbaycanın U-17, U-19 və U-21 yığmasının sabiq üzvü Barış Ekincier “Ümraniyespor”dan ayrılmayıb.
Sportal.az xəbər verir ki, Türkiyənin 1-ci liqa klubu 26 yaşlı yarımmüdafiəçi ilə yeni şərtlərlə müqavilə imzalayıb.
Yeni müqaviləyə əsasən, Ekincier 2026-cı il iyunun 30-na qədər “Ümraniyespor”a məxsus olacaq. O, bu mövsüm 28 matçda 4 qol vurub və 2 asist edib.
Ekincier "Bohum", "Austriya Klagenfurt", "Valdhof Manhaym", "Şanlıurfaspor" komandalarında oynayıb.