"Brayton"un müdafiəçisi Yan Paul van Hekke Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Tottenhem" niderlandlı futbolçunu transfer etmək istəyir. Bu barədə "Teamtalk" məlumat yayıb.
London təmsilçisi van Hekkeni yanvar ayından heyətinə qatmağı planlaşdırır. Paytaxt klubu 25 yaşlı mətkəz müdafiəçisi üçün 40 milyon funt-sterlinq ödəməyə hazırdır.
Qeyd edək ki, "Brayton" Yan Paul van Hekkeni 2020-ci ilin sentyabr ayında "NAK Breda"dan 2 milyon avroya transfer edib. Niderland millisinin üzvü bu mövsüm "qağayılar"ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol vurub. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi
