Burundidə sehrli amulet(talisman) udan futbolçu vəfat edib.
Sportal.az xəbər verir ki, Burundi Futbol Federasiyası “Le Gepyer dyu Lak” klubunun yarımmüdafiəçisi İgiranəza Eme Gerikin ölümünü açıqlayıb. O, ölkənin ikinci divizionunda “Amaspiri Never Giv Ap” komandası ilə oyun zamanı meydançaya yıxılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, futbolçu xəstəxanaya aparılarkən dünyasını dəyişib. Federasiya ölümün səbəbini dəqiqləşdirməyib.
"Sport News Africa" nəşri bildirib ki, futbolçu ağzında sikkə saxlayırmış və təsadüfən onu udub. Gerikin udduğu əşya sikkə yox, müxtəlif cadugərlik ritualları ilə əlaqəli olan "qri-qri" adlı amulet olub.
saytlarin hazirlanmasi
