"Barselona" Pedro Netonu yaxından izləyir.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Çelsi"nin futbolçusu kataloniyalıların hücum xəttini gücləndirmək qərarı verəcəyi halda mümkün transfer hədəflərindən biridir.
Klubun idman rəhbərliyi mərkəz hücumçusu, mərkəz müdafiəçisi və vinger transfer etmək istəyir. Cinah hücumunda start heyətində möhkəm yerə sahib Lamine Yamal və Rafinya kimi futbolçular var.
Eyni zamanda onların ehtiyat variantları olan Markus Reşford və Runi Bardgi hələ komandada tam möhkəmlənməyiblər. Buna görə də müdafiəni dağıtmaq bacarığı, qol vurmaq və assist etmək qabiliyyəti, hər iki cinahda və “saxta doqquzluq” mövqeyində oynaya bilməsi ilə qiymətləndirilən Neto variantı da nəzərdən keçirilir. Lakin hazırda məsələ yalnız portuqaliyalı futbolçunun çıxışlarının izlənilməsi ilə məhdudlaşır.
Bu mövsüm Pedro Neto Premyer Liqada 28 oyuna çıxıb və 5 qol vurub.
saytlarin hazirlanmasi
