"Mançester Yunayted"dən son 40 ilin ən uğursuz startı - VİDEO

23:55 - 10 Oktyabr 2026

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümündə ilk 6 tur ərzində cəmi 6 xal toplayıb. Bu, komandanın İngiltərə çempionatında son 40 ilin ən uğursuz startıdır.

Sportal.az xəbər verir ki, Maykl Kerrikin rəhbərlik etdiyi komanda bu gün “Tottenhem”lə 1:1 hesablı heç-heçə edib. “Mançester Yunayted” 92-ci dəqiqədə qol buraxaraq qələbəni əldən verib.

Hazırda 12-ci pillədə qərarlaşan “qırmızı şeytanlar” turun yekununda daha aşağı pilləyə düşə bilərlər.

“Mançester Yunayted” sonuncu dəfə 1986/87 mövsümündə çempionatın ilk 6 turunda daha az xal – cəmi 4 xal toplamışdı.

İngiltərə Premyer Liqası

VI tur

"Mançester Yunayted" - "Tottenhem" 1:1

Qollar: B.Mbeumo, 73, - D.Solanke,90+2

Qırmızı vərəqə: R.Bentankur,78(Tottenhem)

Xəbər xətti