Futbolçu "Neftçi"yə transfer olunub, amma klubun xəbəri yoxdur

15:30 - 31 Dekabr 2013

"Bakı "Neftçi"si mənim yeni komandamdı"
 
Kolumbiyanın "Junior" klubunun futbolçusu Luis Karlos Ruis karyerasını "Neftçi"də davam etdirəcəyi ilə bağlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, 26 yaşlı forvard ölkəsinin mətbuatına bunları deyib:
 
"Bakı "Neftçi"si mənim yeni komandamdı. Onlarla 4 illik müqavilə imzalayacağam".
 
Ancaq "Neftçi" kolumbiyalı hücumçunu transfer edəcəklərinə dair xəbərləri təkzib edib və belə bir futbolçu ilə maraqlanmadıqlarını bildiriblər.
 
Karyerasının böyük hissəsini "Junior"da keçirən Ruis son mövsümdə 37 oyuna 18 qol vurub.

Xəbər xətti