"Neftçi" yetəri qədər güclü heyətə məlikdir"
Kolumbiyanın "Jurado" klubunda forma geyinən Luis Karlos Ruis açıqlamasında həftənin ilk günündə Bakıya gələcəyini və "Neftçi"nin toplanışına qatılacağını açıqlayıb.
Lakin "ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Sportal.az-a açıqlamasında bu transfer xəbərini təkzib edib:
"Bir daha bəyan edirəm ki, belə bir futbolçunu transfer etmək üçün heç cəhdimiz də olmayıb. Nəinki bu futbolçu, ümumiyyətlə qış transfer pəncərəsində heyətimizə oyunçu cəlb etməyi düşünmürük. "Neftçi" yetəri qədər güclü heyətə məlikdir. Ola bilsin ki, bu futbolçu Azərbaycandan başqa bir klubla anlaşıb və ya Azərbaycandan yalnız "Neftçi"nin adını bildiyi üçün belə söyləyib. Və ya futbolçunun qiymətini qaldırmaq üçün menecerlər tərəfindən atılmış bir addımdır.
saytlarin hazirlanmasi