"Maliyyə hər zaman mənim üçün ikinci planda olub"
Azərbaycan yığma komandasının və "İnter"in qapıçısı Səlahət Ağayevin Sportal.az-a müsahibəsi
- "Qəbələ"yə transfer olunacağına dair xəbərlər dolaşır. Bu nə dərəcədə doğrudur?
- Yayda "İnter"lə müqaviləm bitir. Klublar arasında danışıqlar olub. Mənimlə klub arasında da ilkin razılıq əldə olunub.
- Bu transfer qışda sonlana bilər?
- Yox, mən sabah "İnter"lə təlim-məşq toplanışına yollanacam, yaya kimi komandadan qalacam.
- Başqa hansısa klublardan təklif almısan?
- Adlarını açıqlamaq istəmirəm, bir neçə klubdan təklif olub. Mən "Qəbələ" ilə razılığa gəlmişəm.
- "İnter"in heyətində ilk oyunlarda əsas heyətdə mübarizə aparırdın, amma sonradan yerini Lomayaya verdin. Bunu necə izah edə bilərsən?
- İlk oyunlarda mən çıxış edən zaman komanda zəif nəticə göstərdi. Bunun da səbələrindən biri komandaya qoşulan yeni futbolçular idi. Lomaya da oyunlarda özünü yaxşı tərəfdən göstərdi. Mən buna nə deyə biərəm ki?
- "İnter"i "Qəbələ"yə dəyişməyinin əsas səbəbi nədir?
- Mən sırf əsas heyətdə oynamadığım üçün "İnter"dən ayrılıram. Heç bir məşqçi ilə problemim yoxdur. Əgər başqa məsələləri fikirləşsəydim, elə "İnter"də də qalardım.
- Başqa məsələlər deyəndə nəyi nəzərdə tutursan?
- Maliyyə məsələsini. Bu elə vaxtdı ki, kayreramın ən yaxşı çağıdır. Ona görə də oynamalıyam. Maliyyə hər zaman mənim üçün ikinci planda olub.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi