Bunu "Neftçi" rəhbərliyi istəyib
"Fənərbaxça" - "Neftçi" matçının vaxtı dəyişdirilib.
Sportal.az xəbər verir ki, qarşılaşma 1 gün sonra baş tutacaq.
Belə ki, matç yanvarın 17-də yox, 18-də keçiriləcək. Bunu "Neftçi" rəhbərliyi istəyib. Çünki məşqçilər korpusu yanvarın 15-də Albaniya "Partizan"ı ilə keçiriləcək yoxlama oyunundan sonra futbolçuların daha çox istirahət hüququ qazanmasına ehtiyac duyub.
Qarşılaşmanın başlama saatı isə dəyişdirilməyib. Görüş əvvəlcədən açıqlandığı kimi Antalyadakı "Mardan" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
saytlarin hazirlanmasi