"Sumqayıt" yeni futbolçularla başladı

23:32 - 6 Yanvar 2014

Vurğun Hüseynov fərdi məşqlə kifayətləndi
 
"Sumqayıt" Premyer Liqanın 3-cü dövrəsi üçün hazırlıqlara start verib.
 
Sportal.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda bu gün yeni kompleksdə ilk məşqini keçirib.
 
Türkiyədə əməliyyat olunmuş Vurğun Hüseynov fərdi məşqlərlə kifayətlənib. Yeni transferlər Ramil Mansurov və Tərzin Cahangirov da komanda ilə birlikdə hazırlığa başlayıb. "Sumqayıt" bu həftə gündə bir dəfə olmaqla məşqlərini davam etdirəcək. Yanvarın 10-da "Rəvan"la ilk yoxlama oyununa çıxacaq komanda yanvarın 12-dən etibarən Sumqayıtda təlim-məşq toplanışına yığışacaq. "Sumqayıt" yanvarın 15-də "Araz-Naxçıvan" 18-də isə AZAL-la yoxlama oyunu keçirəcək.

Xəbər xətti