"Türkiyənin "Adanaspor" klubu məni heyətində görmək istəyir"

14:36 - 8 Yanvar 2014

Anar Nəzirov: "Sumqayıt"dan ayrılmışam"

 

"Artıq "Sumqayıt"dan ayrılmışam. Ölkə daxilindən və Türkiyədən təkliflər var. Hələ ki, hamısını dəyərləndirirəm. Bir-iki gün ərzində hər şeyə aydınlıq gələcək"

 

Bu sözləri Sportal.az-a açıqlamasında milli komandamızın və "Sumqayıt"ın sabiq qapıçısı Anar Nəzirov deyib. Nəzirov Türkiyə komandalarına keçməyə bir az tərəddüt etdiyini də fikirlərinə əlavə etdi:

 

"Türkiyənin "Adanaspor" klubu məni heyətində görmək istəyir. Mən isə futbol həyatlarını Türkiyədə davam etdirən dostlarımdan bu barədə məsləhətlər aldım. Beynimdə bəzi fikirlər var. Baxaq, görək axırı nə olur."

 

Gənc qapıçı yenidən "Qəbələ"yə qayıtmaq barəsində də danışdı:

 

"Mənə hələ belə bir təklif gəlməyib. Hər şey iki gün ərzində aydınlaşacaq"

Xəbər xətti