Yoxlama oyunlarının tarixləri müəyyənləşib
Məlum olduğu kimi, yanvarın 5-dən “İnter” Türkiyə toplanışına start verib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, toplanış çərçivəsində 5 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Komanda artıq bu görüşlərin tarixlərini də müəyyənləşdirib. Belə ki, “İnter” yanvarın 11,15,18,22 və 25-də meydana çıxacaq.
Yanvarın 15-də komanda Almaniyanın “Holşteyn Kil” komandasıyla qarşılaşacaq. Bu klub 1900-cü ildə təsis edilib və Almaniyanın 3-cü liqasında mübarizə aparır. “İnter”in rəqibi 1912-ci ildə ölkə çempionu olmasıyla öyünə bilər.
Yanvarın 18-də Kaxaber Tsxadadzenin yetirmələri güclərini Qazaxıstanın “İrtış” (Pavlodar) komandasıyla keçiriləcək matçda sınayacaqlar. Bu klub ötən il Qazaxıstan çempionatını 6-cı yerdə başa vurub.
“İnter”in sonuncu rəqibi Almaniyanın “Arminiya” klubu olacaq. Almaniyanın 2-ci Bundesliqasında çıxış edən bu klub mövsümün birinci hissəsini 16-cı yerdə başa vurub.
Əlavə edək ki, “İnter”in yanvarın 11 və 22-də qarşılaşacağı rəqiblər yaxın günlərdə müəyyənləşəcək.
saytlarin hazirlanmasi