Asena Erkin polis tərəfindən həbs olunub
Türkiyə millisinin futbolçusu Caner Erkinin həyat yoldaşı Asena Erkin polis tərəfindən həbs olunub.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polislər Asena Erkininin avtomobilini saxlayaraq, ondan sürücülük vəsiqəsini istəyiblər. Asena vəsiqəni unutduğunu deyib və həyat yoldaşı Canerə zəng edərək sürücülük vəsiqəsini hadisə yerinə gətirməyini istəyib.
Bütün bunlara baxmayaraq, futbolçu və xanımı polislə birlikdə şöbəyə aparılıb.
saytlarin hazirlanmasi