Millimizin sabiq məşqçisi rəsmən "Sumqayıt"da

17:56 - 9 Yanvar 2014

Ağamusa Bağırov akademiyanın baş koordinator vəsifəsinə təyin olunub
 
"Sumqayıt" Futbol Klubunda növbəti təyinat rəsmiləşib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əməkdar məşqçi, əvəzedici komandada köməkçi məşqçi kimi fəaliyyət göstərən Ağamusa Bağırov "Sumqayıt" FK-nın akademiyasına baş kordinator vəzifəsinə təyin olunub.
 
Vaxtilə Azərbaycanın U-17 və U-19 millilərini çalışdırmış 58 yaşlı mütəxəssis karyerası ərzində “Xəzər” (Sumqayıt), “Gənclərbirliyi”, “Standard” kimi klublarda çalışıb.

Xəbər xətti