Klub rəhbərliyi iclas keçirib
Nazim Süleymanovun "Neftçi"dən istefasının ardından baş məşqçi postu hələ də boşdur.
Sportal.az-ın əldə etdiyi məlumata görə, dünən klub daxili iclas keçirilib və rəhbərlik iki namizədin üstündə xüsusi ilə dayanıb.
Belə ki, baş məşqçi vəzifəsinə ya Şahin Diniyevə, ya da Böyükağa Hacıyev gətiriləcək. "Rəvan"dan yenicə ayrılmış Diniyevin bu posta gətiriləcəyi bir az müəmmalıdır, çünki baş məşqçi hal-hazırda yəqin ki, dincəlməyi düşünür. Belə olan təqdirdə, bütün oxlar Böyükağa Hacıyevi göstərir. Yaxın günlərdə bu məsələnin rəsmiləşəcəyi gözlənilir.
saytlarin hazirlanmasi