"O, həm meydanda, həm də meydandan kənar öz işini çox yaxşı görür"

12:37 - 12 Yanvar 2014

Ruslan Tağızadə: "Bu ilki əsas məqsədimiz çempionluqdur"
 
"Qəbələ"nin yeni transferi Ruslan Tağızadənin Sportal.az-a müsahibəsi
 
- III dövrəyə hazırlıqlarınız necə gedir?
- Hər şey qaydasındadır, hazırlıq planlaşdırdığımız kimi keçir, gündən-günə də daha yaxşı olacaq.
 
- “Qəbələ”yə keçməzdən əvvəl bir neçə iddialı klubdan da təklif almışdın. “Qəbələ”ni seçməyinin əsas məqsədi nədir?
- Bir neçə təkliflər var idi, adlarını açıqlamamq istəmirəm. Mənim “Qəbələ”də oynamaq çoxdanki arzumdur və şükürlər olsun ki, arzuma nail oldum. Burda futbol adına hər cür şərait var.
 
- Yeni komandadanda özünün necə hiss edirsən? Komandaya uyğunlaşa bilirsən?
- “Qəbələ”də çoxdan tanıdğım futbolçular var, onlar sağolunlar ki, mənə komandaya uyğunlaşmaqda kömək edirlər, xüsusən də Nuran Qurbanov.
 
- Artıq ilk hazırlıq oyununuz baş tutdu, amma III liqa təmsilçisinə qalib gələ bilmədiniz?
- Komandanın əsas heyətində meydana çıxmışdım. İlk hissəni qalib tamamladıq, ikinci hissədə baş məşqçi heyəti tam dəyişdi. Belə oyunlarda nəticə önəmli deyil, əsas məqsəd futbolçuları daha yaxından tanımaqdır
 
- Syomin haqqında fikirlərini bilmək istəyərdim..
- Syominlə söhbətim olub, o, mənə uğurlar arzuladı. O, həm meydanda, həm də meydəndan kənar öz işini çox yaxşı görür. Belə bir baş məşqçi ilə işləmək mənim üçün fəxrdir.
 
- Fasilədən sonra necə “Qəbələ” görəcəyik?
- “Qəbələ” ilk iki dövrədədə çox gözəl oyun nümayiş etdirdi, fasilədən sonra çalışacağıq ki, daha yaxşı oynayaq.
 
- Komandanın çempionluq şanslarını necə dəyərləndirirsən?
- Bu ilki əsas məqsədimiz çempionluqdur, şansımız da var. İnşallah, olacağıq da.
 
Yusif HÜSEYN

Xəbər xətti