"İnter" daha üç oyun keçirəcək

16:11 - 13 Yanvar 2014

Əvvəl "Sumqayıt",sonra "Qarabağ"
 
Xəbər verdiyimiz kimi, "İnter"in əvəzedici komandası hazırda "Şəfa" stadionunda təlim-məşq toplanışı keçirir.
 
Sportal.az xəbər verir ki, yanvarın 10-da toplanış çərçivəsində "İnter"in U-19 komandasıyla üz-üzə gələn və bu görüşdə 5:1 hesablı qələbə qazanan əvəzedicilər daha 3 yoxlama matçı keçirəcək.
 
Belə ki, "bankirlər" ayın 14-də "Sumqayıt" və 17-də "Qarabağ"ın əvəzediciləri ilə üz-üzə gələcək. "İnter" yanvarın 22-də də meydana çıxacaq. Sonuncu oyundakı rəqibin adı yaxın vaxtda məlum olacaq.
 
Qeyd edək ki, bütün yoldaşlıq görüşlər "Şəfa" stadionunda baş tutacaq.

Xəbər xətti