"İnter"də istirahət qurtardı, məşqlər başladı

00:26 - 14 Yanvar 2014

Toplanış prosesi davam edir
 
Məlumat verdiyimiz kimi, hazırda "İnter" Türkiyədə  təlim-məşq toplanışı keçirir.
 
Sportal.az xəbər verir ki, yanvarın 11-də Hollandiya klubu NWC(Asten) ilə oyundan sonra yetirmələrinə bir günlük istirahət verən "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze dünən komandasını yenidən iki dəfə meydana çıxardı. 
 
Səhər məşqi isinmə hərəkətlərilə başladı və müxtəlif fiziki hərəkərləri özündə ehtiva edən məşğələlərlə davam etdi.
 
Axşam məşqindəsə futbolçular taktiki tapşırıqlar üzərində çalışdılar. Məşq komandanın ikitərəfli oyun keçirməsilə başa çatdı.
 
Xatırladaq ki, komanda növbəti yoxlama matçını yanvarın 15-də keçirəcək. "İnter"in rəqibi Almaniyanın 3-cü liqasında mübarizə aparan "Holşteyn Kil" komandası olacaq.

Xəbər xətti