Komanda yeni transferinə çox yaxındır
Braziliyalı müdafiəçi Mateus Leyte “İnter”ə keçə bilər.
Sportal.az xəbər verir ki, Mateusun agentləri müştərisini TPL-in üç klubuna təklif edib.
“İnter” bu yöndə daha şanslı görünür. Hazırda Mateus komandanın heyətində Antalya toplanışındadır. Tərəflərin yaxın vaxtda razılığa gələcəyi gözlənilir və müqavilə imzalayacağı ehtimal edilir.
Braziliyalının son klubu Zaparojye “Metallurq”u olub. Futbolçu həmçinin, “Amerika Mineyro”, “İpatinqu”, “Qremio”, “Atletiko Paranaense”, “Vila-Novu”, “Demokratu”, ASA, “Uberlyandiyu” və Portuqaliyanın “Belenenseş” klublarında çıxış edib
saytlarin hazirlanmasi