Pavel Doroşev: "Mən "Neftçi"yə gələndə o bir nömrə idi"
"Məşqlər çox yaxşı keçirilir. Bütün oyunçular hazırlıqlarda güclərindən maksimum istifadə edir."
Bu sözləri Sportal.az-ın Antalyaya ezam olunmuş müxbirinə "Neftçi"nin qapıçısı Pavel Doroşev deyib. Doroşev Albaniyanın "Partizani" klubu ilə keçirdikləri hazırlıq oyunundan da bəhs etdi:
"İlk hissədəki epizodu Fors Major kimi qiymətləndirmək olar. Saşa Stamenkoviç əla qapıçıdır. Mən "Neftçi"yə gələndə o bir nömrə idi. Hər şeyə real baxmaq lazımdır. Biz meydandan kənarda da yaxşı dostuq. Mən isə öz şansımı gözləyirəm. Hal-hazırda "Neftçi"nin oyunçsuyam və başqa təklifləri dəyərləndirmirəm."
saytlarin hazirlanmasi