"Neftçi" "Terek"dən imtina edib, yeni rəqib tapdı

14:27 - 17 Yanvar 2014

Komanda daha üç yoxlama oyunu keçirəcək
 
Azərbaycan çempionu "Neftçi"nin daha bir rəqibi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, "ağ-qaralar" Türkiyə toplanışı çərçivəsində Polşanın "Slensk" klubu ilə qarşılaşacaq. 
 
Görüş yanvarın 26-da baş tutacaq. Belədə, "Neftçi"nin Qroznı "Terek"i ilə oyunu keçirilməyəcək. 
 
Qeyd edək ki, "Neftçi" yanvarın 18-də Türkiyənin "Fənərbaxça", yanvarın 22-də isə Ukraynanın "Metallurq" (Zaporojye) klubu ilə üz-üzə gələcək.

Xəbər xətti