Çertaqanov yenidən futbola qayıdır

08:33 - 22 Yanvar 2014

Futbolçu artıq Bakıdadır
 
Millimizin sabiq üzvü və geridə qalan son iki dövrəni "Sumqayıt"da keçirən Aleksandr Çertaqanovun karyerasını bitirməsi ilə bağlı xəbərlər yayılmışdı.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, futbolçu fikrindən yayınaraq yenidən futbola qayıtmağa qərar verib. Belə ki, Çertaqanov dünən vətəni Ukraynadan Bakıya qayıdaraq  məşqlərə start verib. Hal-hazırda futbolçuya 4 klubdan təklif var, yaxın günlərdə millimizin sabiq üzvü qərarını açıqlayacaq.

Xəbər xətti