Aqil Məmmədov: "Gənc futbolçuların özünü göstərməsi üçün “Sumqayıt” bir sınaq meydanıdı"
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədovun Sportal.az-a müsahibəsi
- Təlim-məşq toplanışı necə keçir?
- Normal, ancaq komanda tam komplekləşməyib. Hələdə çatışmazlıqlar var. Yenə də axtarışdayıq, çalışırıq boş mövqeləri də dolduraq.
- Məsələn, hansı mövqelərədə boşluqlar var?
- Yarımmüdafiənin sağ və sol cinahları güclənməlidi. Duzdü, Uğur Pamuk geri qayıtdı sonra Rəhman Hacıyevi də heyətimizə qatmışıq. Ancaq bununla da iş düzəlmir. Qarşıda nə qədər oyunlarımız var. Bunun sarı, qırmızı vərəqə alanı və zədələnləri olur. Ona görə də ehtiyatda futbolçular olmaldıd ki, sıradan çıxanları əvəzləsin. Hazırda komandaya qoşulan yeni oyunçular hardasa bizə kömək edə bilər.
- Bunu dəfələrlə görmüşük ki, “Sumaqyıt”a keçən futbolçular komandada icarə əsasında oynayırlar. Bu cür hallar baş məşqçi kimi sizin planlarınızı pozmur ki?
- Ümumiyyətlə, komandanın icarə əsasında aldığı futbolçuya yaxşı baxmıram. Bunu təkcə özmüzə deyil, elə bütün klublarımıza aid edirəm. Bilirsiz, niyə görə? Altı və ya bir il futbolçu icarə əsasında oynayandan sonra yenidən müqaviləsi məxsus olan komandaya qayıtmaq məcburiyyətində qalır. Belədə futbolçunu yetişdirən komanda itirir müqaviləsi olan klub isə qazanır. “Sumqayıt”ın əsasını millinin aşağı yaş qruplarında oynayan futbolçular təşkil edir. Biz belə futbolçulardan bəhrələnirik. Digər komandalarda ehtiyatda qalan futbolçular “Sumqayıt”da özlərini göstərmək imkanı yaranır. Məsələnin bir problemli tərəfi odur ki, futbolçunun icarə müddəti bitən kimi qayıdır öz komandasına. İndi əksər futbolçuların müqaviləsi var. Belədə biz məcbur olub futbolçunu icarə əsasında “Sumqayıt”a dəvət edirik.
- Maliyyə durumu pis olduğu üçün əksər futbolçular “Sumqayıt”da oynamağa üstünlük vermirlər. Buna necə baxırsız?
- Əgər futbolçu pula görə “Sumqayıt”a gəlirsə, yanlış addım atır. Düzdü, futbolçu əziyyətinin qarşılığında pul almalıdı. Ancaq birbaşa pulu düşünüb bizim komandaya gəlirsə, səhv edir. O zaman eləsindən futbolçu çıxmayacaq. Həmin gənc futbolçunun əsas məqsədi olmalıdı ki, özünün göstərə bilsin. Çünki burada yerli futbolçuların oynamaq şansı çoxdu.
- Əksər komandalarımız Türkiyədə toplanışda idilər. Bu sizə sparrinq rəqib tapmağınıza çətinlik yaratmadı ki?
- Dörd yoxlama oyunu keçirmişik. Onun üçün birinci dəstə komandalarıyla olub. Hardasa rəqib tapmaqda çətinlik çəkirdik.
- Nəzərə alın ki, birinci dəstə təmsilçiləriylə Premyer Liqa komandalaının səviyyəsi eyni deyil...
- Sizinlə razıyam. Onda komandanın gücünü də bilmək olmur. İmkanımız buna çatırdı. Başqa nə edə bilərik? Ona görədə hələ komanda tam formalaşmayıb.
- Problem nədir?
- Yerli futbolçuların qıtlığında. Baxışa gələnlərin də əksəriyyətinin fiziki durumu yaxşı deyil. Mən gənc futbolçuları başa düşə bilmirəm. Hamısı gəlir deyir ki, bir aydı məşq etmirəm. Necə ola bilər ki, idmançı bir ay məşq etmədən formasını saxlasın. Bu mümkün deyil. Əgər futbolçu hər hansı bir komandaya baxışa gedəcəksə, əvvəlcədən formanı saxlamaq üçün məşq planı qurur. İndiki cavanlar məşq etmədən istəyirlər ki, Premyer Liqada oynasınlar.
- “Sumqayıt”da daha təcrübəli futbolçuya ehtiyac var?
- Əlbəttə. Elə bir futbolçu var? Mən elə bir oyunçu tanımıram ki, karyerasının son ilini “Sumqayıt”da keçirsin. Hər futbolçu karyerasının sonunda daha çox pul qazanmaq istəyir. Gənc futbolçuların özünü göstərməsi üçün “Sumqayıt” bir sınaq meydanıdı. Bu imtahandan kim üzüağ çıxrsa, özünə yaxşı karyera qurar. Hər hansı bir klubda cavanlara belə bir şans verilmir.
- “Sumqayıt” bu gedişlə Premyer Liqada yerini qoruya biləcək?
- Şanslar 50-50-di. İnanıram ki, yeni gələn gənclər özlərini yaxşı tərəfdən göstərəcək və “Sumqayıt”ın yüksək dəstədə qalması üçün əllərindən gələni edəcəklər.
Şahin OĞUZ
saytlarin hazirlanmasi