"Keçmişdə atdığım hər addım bir xəbər idi, gündəmi zəbt etmişdim"

12:09 - 30 Yanvar 2014

İlqar Qurbanov: "Mən heç vaxt rəqabətdən qaçmamışam"
 
"Qarabağ"ın müdafiəçisi İlqar Qurbanovun Sportal.az-a müsahibəsi
 
- Antalyada 19 günlük təlim-məşq toplanışını başa vurdunuz və Bakıya döndünüz. Keçirtdiyiniz bu məşlərlə bağlı fikirlərin nədən ibarətdir?
- Yüksək tempdə hazırlıq dönəmi keçirtdik. Hava şəraiti və meydançaların vəziyyəti əla idi. Gelaşvilidən başqa elə də ciddi zədəmiz olmadı.Hesab edirəm ki, çempionata yaxşı yazırlaşdıq. Bizi ikinci dövrədə çox çətin oyunlar gözləyir. Baxıram ki, klublarımız yaxşı transferlər edib. 
 
- 19 gündə 3 yoxlama görüşündə qüvvənizi sınadınız. 1-sində qalib, 2-sində məğlub, sonuncusunda isə heç-heçə etdiniz. Həmin qarşılaşmalarda da meydanda oldun. Bu oyunlarla bağlı nə deyə bilərsən?
- Təlim-məşq toplanışlarında nəticələr çox da vacib deyil. Heyət dəyişir, səhər məşq edirsən, axşam oynayırsan, yorğun olursan. Burada əsas nəticə yox, düzgün oyun üslubunu seçməkdir. 4-5 heyət dəyişsə də, inanıram ki, özümüzü yaxşı tərəfdən göstərə bildik.
 
- Məşqlərdə də görürdük ki, çox aktivsən, çalışırsan, gözəl qollar vurursan, amma Premyer Liqa oyunlarında demək olar ki, əsas heyətdə meydana çıxa bilmirsən ...
- Keçən il çox oyunda əsas heyətdə meydana çıxırdım. Bu il buna nail ola bilmədim. İstərdim ki, əsas heyətdə meydana çıxım, amma komandam çempionatda yaxşı gedir. Buna görədə şikayətim yoxdu. Heç bir futbolçu istəməz ki, ehtiyyatda qalsın. Hal-hazırda elə vəziyyət yaranıb ki, hamı "Qarabağ"ın uğuru üçün çalışır. Bu il də məqsədimiz çempion olmaqdır. Buna görə də komanda da heç kimin küskünlüyü olmamalıdır. İlk dövrədə az oynadım. Qarşıdakı turlarda daha çox oynamaq istəyirəm və şansımı gözləyəcəm. Mənim üçün əsas "Qarabağ"ın uğurudur.
 
- 4 ilə yaxındır ki, "Qarabağ"ın uğurları üçün tər tökürsən. Yay transfer pəncərəsində söz-söhbət gəzdi ki, Ağdam təmsilçisini tərk edirsən ...
- Həmin dönəmdə bir çox klublardan ciddi təkliflər var idi, amma mən "Qarabağ"da qalmağı məqsədə uyğun hesab etdim. Çünki mən heç vaxt rəqabətdən qaçmamışam. İnaşallah çalışıb burada özümü sübut edəcəm.
 
- Öz fiziki durumundan razısan?
- Razıyam. 4 ildi ki, zədəm belə olmayıb. Bir şey var ki, oynamayanda fiziki durumun aşağı enir. Mən peşəkar futbolçuyam və belə şeylərə hazır olmalıyam. Elə lub ki, 90-cı dəqiqədə oyuna daxil olmuşam və 90+5-ci dəqiqədə qol vurmuşam. Buna görə də həmişə oynamaq üçün özünü hazır hiss etməlisən. 
 
- Vaxtilə milli komandada, "Fənərbaxça" və Türkiyənin güclü klublarında çıxış etmisən, amma nədənsə İlqar Qurbanov elə bil gündəmdən düşüb. Sən bununla razısan?
- O zamanlar hər atdığım addım bir xəbər idi, gündəmi zəbt etmiş durumda idim. Sözün düzü, indi bir az gizlənirəm. Oynamayan futbolçu heç vaxt üzdə olmur. Məsələn, bu gün millidə oynamadığm üçün medianın gündəmində deyiləm. Özümü reklam etməyi xoşlamıram.
 
- İlk dövrənin çempionu "Qarabağ"ı mövsüm sonunda Azərbaycan Premyer Liqasını qalibi kimi görə biləcəyik?
- Burada çıxış etdiyim 4 il ərzində "Qarabağ" ancaq çempionluğu hədəfləyib. 4 il ərizində hər dəfə xırda səhv bizi çempionluqdan edib. Bu dəfə bu səhvləri etmək istəmirik. Artıq hamı istəyir ki, çempion olaq. Bu dəfə çətin olsa da, əsas məqsədimiz çempion olmaqdır. Çünki rəqiblərimizin də sayıda artıq. 6 namizəd çempionluğa iddialıdır. İkinci dövrə bizim üçün asand olmayacaq.
 
- Qurban Qurbanov həmişə qeyd edirdi ki, "istəyirəm hər mövqeyə yeni futbolçu alım". Lakin gördük ki, bu baş vermədi. Səncə, "Qarabağ"a transfer lazımdır?
- Transfer elədir ki, dünya ulduzunu transfer et, amma o komandaya uyğunlaşmasın. Baş məşqçi həmişə istəyər ki, heyəti bol olsun, sağlam rəqabət müşahidə olunsun. Futbolçuların transfer işlərinə qarışması düzgün deyil. 
 
Ayaz İBRAHİMOV

Xəbər xətti