Tuyqun Nadirov: "Böyükağa Hacıyev yaxşı oğlandır"

16:40 - 3 Fevral 2014

"Xəzər Lənkəran"ın azarkeşlərə ehtiyacı var"
 
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun Sportal.az-a müsahibəsi:
 
- Mustafa Dənizlinin son durumu necədir?
- Hazırda vəziyyəti normaldır. Sadəcə öz ölkəsində həkim müayinəsindən keçmək üçün Türkiyəyə yollanıb. 2-3 gün ərzində yenidən komandanın başında olacaq. 
 
- Böyükağa Hacıyevin dünən mətbuat konfransında “Xəzər Lənkəran” haqqında səsləndirdiyi fikirlərlə tanışsınız ?
- Başa düşmürəm ki, kim bura bir və ya beş milyona gəlir, başqası da buna şərh verir. Bəli, “Xəzər Lənkəran” Brazilya A seriyasından futbolçu gətirib. Böyükağa Hacıyev yaxşı oğlandır, onun xətrini çox istəyirəm. Yəqin o komandasına”Böyük oyun”dan əvvəl motivasiya vermək üçün bu sözləri deyib.
 
- “Qarabağ”la oyundan sonra “Böyük oyun”da stadionun dolacağını gözləyirsiniz?
- Bizim azarkeşlər həmişə komandaya sadiqdilər. Onlar komanda pis oynayanda da komandanı dəstəkləyirlər. “Xəzər Lənkəran”ın azarkeşlərə ehtiyacı var.
 
- “Qarabağ”la oyunda “Xəzər Lənkəran”ın oyunu sizi razı saldı ?
- Məni oyunun nəticəsi maraqlandırır, “Qarabağ” üzərində qələbə və oyundan razı qaldım. “Xəzər Lənkəran”ın Mustafa Dənizli kimi baş məşqçisi var. Biz də çalışırıq ki, onun istədiklərini yerinə yetirək. Bu da onun bəhrəsidir.
 
- Sonda həbsdə olan azarkeşlər haqqında nə fikirləşirsiniz?
- Bu barədə çox danışmışam. Qısaca, onu deyə bilərəm ki, biz inanırıq ki, azarkeşlərimizin günahsız olduğu sübut olunacaq və azadlığa buraxılacaqlar. 
 
Şahin Oğuz

Xəbər xətti