Azarkeşlərdən ad günü surprizi
Dünən Premyer Liqanın 20-ci turunda AZAL isə "Sumqayıt"ı qəbul edib.
Sportal.az xəbər verir ki, Sumqayıtlı azarkeşlər komandalarını səfərdə tək qoymamışdılar. Görüşdə ən maraqlı məqam isə, azarkeşlərin dünən 34 yaşı tamam olan futbolçuları Aleksandr Çertaqanova aid şüarlar səsləndirmələri olub. Çertaqanov da öz alqışları ilə azarkeşlərə təşəkkürünü bildirib.
Eyni hal dünən baş tutan "Qəbələ" - "Qarabağ" matçında da baş verib. Meydan sahbilərinin azarkeşləri Nizami Hacıyevi ad günü münasibəti ilə təbrik ediblər.
saytlarin hazirlanmasi