AFFA nümayəndəsi "Neftçi" rəsmisini axtarırdı
“Xəzər Lənkəran”la keçirilən oyundan öncə və sonra verdiyi açıqlamalar əsas gətirilərək, 10 oyunluq cəzalandırılan “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov “Bakı”ya qarşı şənbə günü keçirilən oyunda axtarışa verilmişdi.
Sportal.az xəbər verir ki, AFFA nümayəndəsi Elbrus Abbasov stadionda bütün sektorları gəzərək Tahir Süleymanovu axtarırdı.
Buna səbəb stadionda olub-olmadığına əmin olmaq istəyirdi. Cəzalı Süleymanov isə arenada yox idi.
saytlarin hazirlanmasi