PSJ "Bayer"in qonağı olacaq
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək.
Sportal.az xəbər verir ki, ilk oyun gününə iki qarşılaşma nəzərdə tutulub.
Son Fransa çempionu PSJ klubu Almaniyada Leverkuzen "Bayer"inin qonağı olacaq. Həmin oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Günün maraq doğuran oyunlarından biri Mançesterdə baş tutacaq. Burada yerli "Mançester Siti" klubu "Barselona" ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunlarına fevralın 26-da yekun vurulacaq.
18 fevral
Çempionlar Liqası, 1/8 finalın ilk oyunları
"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya) 0:2
Qol: Messi,53, Dani Alves,90
"Bayer" (Leverkuzen, Almaniya) - PSJ (Fransa) 0:4
Qollar: Matuidi,3, İbrahimoviç, 39, 42, Kabaye 88
saytlarin hazirlanmasi