Futbolçuların cəzaları olduğu kimi qaldı
AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda İntizam Komitəsinin klubun futbolçuları (Tərlan Quliyev, Bruno Bertucci, Mahir Şükürov, Karlod Kardoso) və klubun vitse-prezidenti Tahir Süleymanov barədə qəbul etdiyi qərarları ilə bağlı Neftçi PFK-nın müraciətinə baxılıb.
Aparılmış müzakirələrdən sonra aşağıdakı qərar qəbul edilib:
1. “Neftçi” PFK barədə AFFA-nın İntizam Komitəsinin 11.02.2014-cü il tarixli qərarı qüvvədə saxlanılsın.
saytlarin hazirlanmasi