Reynaldo klubsuz qaldı

10:10 - 8 Sentyabr 2017

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silva klubsuz qalıb. 

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu ötən mövsüm üz tutduğu "Adanaspor" klubundan göndərilib. Türkiyə mətbuatının yaydığı xəbərə görə, "sambaçı"nın müqaviləsinə klub tərəfindən xitam verilib. 

 

Bildirilir ki, Reynaldonun xroniki zədəsi olduğu üzə çıxıb. Adana təmsilçisi buna görə də, 28 yaşlı futbolçunu göndərməyə qərar verib. 

 

Qeyd edək ki, Reyaldo 2013-cü ilin yanvar ayından 2017-ci ilin yanvar ayınadək "Qarabağ"da çıxış edib. Hücumçu Ağdam klubunda 4 il ərzində bir sıra titullara yiyələnib. Ardıcıl 3 dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub.

Xəbər xətti