Türkiyə Super Liqasında baş məşqçi istefası

15:15 - 14 Sentyabr 2017

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası rellaşıb.

 

Sportal.az xəbər verir ki, "Yeni Malatyaspor" klubunun baş məşqçisi Ərtoğrul Sağlam istefa verib. Müqaviləsi başa çatmamış vəzifəsindən ayrılan 47 yaşlı mütəxəssis Malatya təmsilçisinə 150 min avro təzminat ödəyəcək.

 

Qeyd edək ki, 47 yaşlı mütəxəssis mövsümün əvvəlindən Malatya təmsilçisini çalışdırırdı. "Yeni Malatyaspor" 4 oyuna 4 xal toplayıb və 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti