"Qalatasaray" üçün Loran Blan iddiası

14:43 - 24 Noyabr 2017

Türkiyə Super Liqasının lideri "Qalatasaray"ın son turlarda qeyri-stabil çıxışı komandanın baş məşqçisi İqor Tüdorun kreslosu laxlayıb.

 

Sportal.az xəbər verir ki, rəhbərlik baş məşqçi postuna yeni çalışdırıcı gətirməyi düşünür. Klubun prezidenti Dursun Özbək bu vəzifəyə Loran Blanı arzulayır. "Fanatik"də yer alan xəbərə görə, Tüdor klubdan qovulsa, İstanbul təmsilçisi onun əvəzinə Blanı gətirmək üçün çalışacaq.

 

Tüdorun taleyinə "Alanyaspor" və "Beşiktaş"la matçlarda aydınlıq gələcək. Xorvatiyalı mütəxəssis bu oyunlarda uğursuz nəticə qazansa, "Qalatasaray"dan qovulacaq.

 

Qeyd edək ki, 39 yaşlı mütəxəssis bu ilin fevralından "sarı-qırmızılar"a rəhbərlik edir.

Xəbər xətti