17 il "Yuventus"da çıxış edən Canluici Buffon komandada sonuncu oyununu keçirib.
Sportal.az xəbər verir ki, 40 yaşlı qolkiper A Seriyasının sonuncu - 38-ci turu çərçivəsində “Verona” ilə qarşılaşmada son dəfə "Yuventus" forması ilə meydana ayaq basıb.
Start heyətdə oyuna başlayan Buffon 63-cü dəqiqədə əvəzlənib. O, meydanı azarkeşlərin və komanda yoldaşlarının alqış sədaları altında, göz yaşları içində tərk edib.
Qeyd edək ki, italiyalı qapıçı 2001-ci ildən Turin klubunda çıxış edirdi.
saytlarin hazirlanmasi